Konfrans Liqası: “Neftçi” səfərdə heç-heçə etdi - YENİLƏNİB

01:04 28 İyul 2023

2023-24 mövsümü “Neftçi” üçün start götürüb.

Sportarena.az xəbər verir ki, Bakı klubu ilk rəsmi oyununu bu gün avrokubok çərçivəsində keçirib. “Ağ-qaralar” Konfrans Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulub. Yeni baş məşqçi Adrian Mutunun debütü Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”a qarşı olub.

Bəzi dəyişikliklərlə yadda qalan “Neftçi” yenilənmiş heyəti ilə ilk görüşünü Sarayevoda keçirib. Bu komandalar arasında cavab matçı avqustun 3-də keçiriləcək.

Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

27 iyul

 

23:00. “Jelezniçar” (Bosniya və Herseqovina) – “Neftçi” (Azərbaycan) 2:2

Qol: Haraçiç,12, Kilan Lebon, 42, Yosep Amoa, 45+10, Rəhman Hacıyev, 90+5

Baş hakim: Yuri Frişer (Estoniya)

Sarayevo, “Qrbavitsa” stadionu 


Digər xəbərlər

Xəbər xətti