"Turan Tovuz"dan növbəti transfer

18:09 10 İyul 2023

"Turan Tovuz" növbəti transferini həyata keçirib.

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Tovuz təmsilçisi Budaq Nəsirovu transfer edib. 26 yaşlı futbolçu ilə 3 illik rəsmi müqavilə bağlanıb.  

Tovuz futbolunun yetirməsi olan yarımmüdafiəçi "Turan", "Sumqayıt",  "Araz Naxçıvan",  "Kəpəz", "Sportinq"də (Portuqaliya) çıxış edib  O, aşağı yaş qrupları üzrə milli komandalarımızla yanaşı A milli komandamızın da formasını geyinib.

Xatırladaq ki, "Turan Tovuz" bundan əvvəl Aydın Bayramov, Fərid Nəbiyev, Sərtan Taşkın, Martin Detelinov Petkov, Bruno Qonçalves, Otto Con,  Luis Henrike Paçu Lira, Bruno Qonçalves Do Pradonu transfer edib.


Xəbər xətti