“Qarabağ” türkiyəli futbolçuya dəvət göndərdi

17:39 3 İyul 2023

Türkiyənin "Samsunspor" klubunun futbolçusu Ahmet Saqat karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportarena.az "Ajansspor"a istinadən xəbər verir ki, "Qarabağ" 27 yaşlı hücumçu üçün I Liqa təmsilçisinə təklif göndərib. "Köhlən atlar"la yanaşı, Belçika təmsilçisi "Mexelen" də türkiyəli oyunçu ilə maraqlanır.

Azərbaycan klubunun bu transferdə israrlı olduğu bildirilir. Qeyd edək ki, Ahmet Saqat ötən il "Menemenspor"dan "Samsunspor"a keçib. 


Digər xəbərlər

Xəbər xətti