"Qarabağ"dan ayrıldı, "Neftçi" ilə anlaşdı

12:20 30 İyun 2023

“Neftçi” Emil Balayevin ardınca milli komandamızın daha bir üzvünü transfer edib.

Sportarena.az xəbər verir ki, xorvatiya əsilli Filip Ozobiçlə 2 illik müqavilə bağlanıb. 32 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Filip Ozobiç 2018-ci ilin yayından "Qarabağ"da çıxış edirdi. O, son mövsümdə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 


Xəbər xətti