"Qarabağ"ın rəqibi yoxlama matçında uduzdu

23:36 28 İyun 2023

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Linkoln" yoxlama matçında qüvvəsini sınayıb.

Sportarena.az xəbər verir ki, Cəbəllütariq təmsilçisi "Linfild"lə qarşılaşıb. Matç şimali irlandiyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ" "Linkoln"la ilk oyunu iyulun 11-də səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü isə 19 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq. 


Xəbər xətti