Tovuz şəhər stadionunda yenidənqurma işlərinə start verildi - FOTOLAR

13:14 28 İyun 2023

Tovuz şəhər stadionunda abadlıq və yenidənqurma işlərinə start verilib

Sportarena.az xəbər verir ki, infrstrukturun ideal vəziyyətə gətirilməsi üçün baş sponsor “HUNER Group”un maddi dəstəyi ilə stadion ərazisində iki mərtəbəli yeni bina inşa olunur.

“Turan Tovuz” Futbol Akademiyasının ixtiyarına veriləcək binada hər cür şəraitlə təmin olunan yataq otaqları, akademiya məşqçiləri üçün iş və nəzəri məşğələ otaqları, konfrans və fitnes zalları, tibb və digər zəruri otaqlar yer alacaq. 

Bununla yanaşı, projektorların quraşdırılması işlərinə də start verilib. 



Digər xəbərlər

Xəbər xətti