Almanlardan tarixi nəticə

12:30 24 İyun 2023

Avropa oyunlarında sinxron üzgüçülük yarışlarında Almaniya milli komandası 2 tarixi nəticə göstərib. 163,3205 bal toplayan almanlar gümüş medal qazanıblar.

 

Sportarena.az xəbər verir ki, bu , Almaniya millisinin son 40 il ərzində sinxron üzgüçülükdə ilk medalıdır.

 

Yarışlarda qalib İsrail millisi (248,6083) olub. Türkiyəlilər isə 135,7999 balla fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.

 

Lakin ən vacib məqam Almaniya millisinin heyətində kişi idmançının iştirakı olub. Avropa çempionatı tarixində Frityof Zaydel medal qazanan ilk kişidir.

 

Xatırladaq ki, beynəlxalaq su idman növləri federasiyası bu ildən etibarən sinxron üzgüçülükdə kişilərin də qadınların komandasında iştirakına icazə verib.


Digər xəbərlər

Xəbər xətti