Bundesliqa klubu milli üzvü üçün 24 milyon avro ödədi

16:00 24 İyun 2023

“Leypsiq” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, sözügedən klub Bundesliqanın digər təmsilçisi “Hoffenhaym”da çıxış edən Avstriya millisinin yarımmüdafiəçisi Kristof Baumqartneri transfer edib.

 

23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Leypsiq” bu transfer üçün “Hoffenhaym”a 24 milyon avro ödəyib.

 

“Hoffenhaym” digər yarımmüdafiəçisi Sebastyan Rudi ilə də yollarını ayırıb. Almaniya yığmasının sabiq üzvü ilə müddəti bitən müqavilə yenilənməyib.

 

Əvəzində “Hoffenhaym” “Paderborn”dan Yulian Yustvanı transfer edib. Almaniyadan olan 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Bundesliqa klubu bu transfer üçün 1.5 milyon avro xərcə düşüb.

 

“Hoffenhaym” mərkəz müdafiəçisi Kevin Akpoquma ilə də yeni müqavilə bağlayıb. Nigeriya əsilli almaniyalı futbolçu ilə sözləşmə 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulub.


Xəbər xətti