"Leyptsiq"dən 27 milyon avroluq transfer

10:54 23 İyun 2023

"Leyptsiq" "Hoffenhaym"ın və Avstriya millisinin hücumameyilli yarımmüdafiəçisi Kristof Baumqartneri transfer edib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu klubu ilə 5 illik müqavilə imzalayıb.

 

Bu transfer üçün "Leyptsiq" "Hoffenhaym"a 27 milyon avro təzminat ödəyib.

 

Qeyd edək ki, Baumqartner ötən mövsüm Bundesliqada 33 oyunda 7 qol vurub və 7 qolun ötürməsini verib.


Xəbər xətti