Coşqun Diniyev "Ümraniyespor"da - RƏSMİ

19:52 23 İyun 2023

"Səbail"in bir neçə gün əvvəl transfer etdiyi Coşqun Diniyev karyerasını Türkiyənin "Ümraniyespor" klubunda davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Açıqlamada bildirilir:

"Növbəti mövsümün hazırlığını davam etdirən "Səbail" Futbol Klubu heyətinin komplektləşdirilməsi məqsədilə yarımmüdafiəçi Coşqun Diniyev ilə 1 illik müddəti əhatə edən müqavilə imzalamış və iyunun 21-də bununla bağlı ictimaiyyətə məlumat verilmişdi. Bu gün isə Coşqun Diniyevin Türkiyənin "Ümraniyespor" klubu tərəfindən transfer olunması istəyi barədə məlumat aldıq. Azərbaycanlı futbolçuların legioner həyatı yaşamasına maneə yaratmamaq üçün "Səbail" FK olaraq C.Diniyevin qardaş ölkəyə transferinə müsbət yanaşır, futbolçunun müqaviləsində də xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə klubumuzdan hər hansı şərtlər olmadan ayrıla biləcəyi barədə müvafiq bəndin olduğunu bildiririk".

 

Qeyd edək ki, "Ümraniyespor" ötən mövsüm Türkiyə Superliqasını tərk edib. Komanda yeni mövsüm 1-ci liqada oynayacaq.


Digər xəbərlər

Xəbər xətti