"Zirə" üç futbolçu ilə müqaviləni uzatdı

18:28 23 İyun 2023

“Zirə” 3 futbolçu ilə müqavilənin müddətini artırıb. 

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, son 3 mövsümü icarə əsasında komandada keçirən Hacıağa Hacılı ilə 2, Anar Nəzirovla isə 1 illik müqavilə imzalanılıb.

 

Həmçinin, ötən mövsümü icarə əsasında “Zirə”də çıxış etmiş Rüstəm Əhmədzadə daha bir illik icarəyə götürülüb. “Qarabağ”a məxsus hücumçu növbəti mövsümün sonuna qədər komandada çıxış edəcək.



Digər xəbərlər

Xəbər xətti