Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən beynəlxalq üzgüçülük yarışı başlayır

12:40 23 İyun 2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii üzgüçülük üzrə "II Aqua Stars Open" beynəlxalq turniri start götürəcək.

 

Sportarena.az xəbər verir ki, medallar uğrunda 5 ölkənin - Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qazaxıstan, Özbəkistan və Azərbaycanın 12 klubundan 150-yə yaxın idmançısı mübarizə aparacaq.

 

İki gün davam edəcək yarışın sonunda qaliblərə medallar, diplomlar və xatirə hədiyyələri veriləcək.

 

Turnir bu gün saat 15:15-də Bakı Su İdman Sarayında başlayacaq. Açılış mərasiminə İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Ğoşeh, Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi, Gənclər və İdman Nazirliyinin nümayəndələri, idman ictimaiyyəti iştirak edəcək.


Digər xəbərlər

Xəbər xətti