IOC Beynəlxalq Boks Assosiasiyasını tanımadığını açıqladı

23:28 22 İyun 2023

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Beynəlxalq Boks Assosiasiyasını (IBA) tanımadığını elan edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə IOC-un mətbuat xidməti məlumat yayıb.

 

Qurumun sessiyasında məsələ ilə bağlı səsvermə keçirilib.

 

70 nəfərdən 69-u IBA-nın tanınmadan məhrum olunmasının lehinə səs verib.


Xəbər xətti