"Mançester Yunayted" "Çelsi"nin futbolçusu ilə şəxsi razılıq əldə edib

17:00 22 İyun 2023

İngiltərənin "Mançester Yunayted" klubu "Çelsi"nin futbolçusu Meyson Mauntla şəxsi razılıq əldə edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında bildirib.

 

Onun sözlərinə görə, "qırmızı şeytanlar" 24 yaşlı yarımmüdafiəçi üçün London təmsilçisinə yenidən təklif göndərəcək. İngiltərəli oyunçu "zadəganlar"la müqaviləni yeniləmək istəmir. Bu transferin 60-65 milyon funt sterlinqə gerçəkləşəcəyi gözlənilir.

 

Qeyd edək ki, 2017-ci ildə "Çelsi"nin əsas komandasına cəlb edilən Meyson Maunt 2017/2018 mövsümündə icarə əsasında Niderlandda "Vitesse"nin, 2018/2019 mövsümündə İngiltərədə "Derbi"nin formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti