“Qəbələ”dən ayrılıb “Sabah”a keçdi

22:50 21 İyun 2023

“Qəbələ”dən ayrılan Ramon Maçadonun yeni klubu bəlli olub.

 

Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını Malayziyanın “Sabah” klubunda davam etdirəcək.

 

Maçado ötən mövsüm “Qəbələ”nin heyətində 37 oyunda 10 qol vurub. O, klubla bitən müqaviləsini yeniləməyib. Asiyadan sərfəli təklif alan futbolçu dəvəti dəyərləndirib.

 

Vaxtilə “Neftçi”də də oynamış Maçado son mövsümdə “Qəbələ” ilə ölkə kubokuna sahib olmuşdu.


Digər xəbərlər

Xəbər xətti