Avro-2024-ün seçmə mərhələsinin 4-cü turunun Şotlandiya - Gürcüstan oyunu yarımçıq dayandırılıb. 
                       
                                                
                        
 
                
                              
   
                       
                                               
                        
 
                
                              
 Sportarena.az xəbər verir ki, buna görüşün keçirildiyi Hampden Park Stadionuna güclü yağışın yağması səbəb olub. Baş hakim İstvan Vad 10-cu dəqiqədə matçı yarımçıq dayandırıb və futbolçuları paltardəyişmə otağına göndərib. Meydanın sudan təmizlənməsi üçün işlər görülür. Qarşılaşmanın davam edib-etməyəcəyinə hakim qərar verəcək. 
                       
                                               
 
                
                              
   
                       
                                               
 
                
                              
 Qeyd edək ki, sözügedən görüşün 6-cı dəqiqəsində Şotlandiya hesabı açıb.