“Bayern” milli üzvü üçün danışıqlara başlayıb

19:09 20 İyun 2023

“Bayern” “Verder”in hücumçusu Niklas Fullkruqla maraqlanır.

 

Sportarena.az “Sky Sports”-a istinadən xəbər verir ki, tərəflər mümkün keçidlə bağlı danışıqlara start veriblər. Bremen təmsilçisi futbolçunu 15-25 milyon avro satmağı düşünür.

 

Almaniya millisinin üzvü 2022/23 mövsümündə “Verder”in heyətində 30 oyunda 16 qol vurub, 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti