"Bayern" niderlandlı müdafiəçi ilə yollarını ayırdı

12:27 20 İyun 2023

Almaniyanın "Bayern" klubu Deyli Blindlə bağlı qərar verib.

 

Sportarena.az xəbər verir ki, Münhen təmsilçisi niderlandlı müdafiəçi ilə yollarını ayırıb. 33 yaşlı arxa xətt oyunçusunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

 

Qeyd edək ki, Deyli Blind bu ilin yanvar ayında "Ayaks"dan ayrılaraq "Byern"ə keçmişdi. Təcrübəli futbolçu Bundesliqa təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.


Xəbər xətti