Ronaldo və Corcina onları məhkəməyə verir

19:53 18 İyun 2023

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriqes onlara qarşı böhtanlarla ciddi mübarizəyə başlamaq qərarına gəliblər.

 

Sportarena.az AS-a istinadən xəbər verir ki , ulduz cütlük mətbuat və tənqidçilərin yazdığı və onların reputasiyasına xələl gətirən davamlı şayiə və eyhamlardan bezib.

 

Ronaldo və Rodriqes artıq bir qrup hüquqşünas, şərəf hüququnun müdafiəsi üzrə mütəxəssislərlə görüş keçirib. Cütlük onlara və ailələrinə ziyan vuran, böhtanlar yayan medianı və tənqidçiləri məhkəməyə verməyə hazırdır.

 

Qeyd edək ki, son vaxtlar Ronaldonun Rodriqeslə ayrılacağı ilə bağlı xəbərlər yayılıb.


Digər xəbərlər

Xəbər xətti