Millətlər Liqasında çempion İspaniya oldu - YENİLƏNİB

01:36 19 İyun 2023

Bu gün UEFA Millətlər Liqasında final və üçüncü yer uğrunda oyun keçirililib.

 

Sportarena.az xəbər verir ki, əvvəlcə isə üçüncü yer uğrunda oyun daNiderland ilə İtaliya yığmaları üz-üzə gəlib. İtaliyanlar ev sahibini məğlub edib - 2:3.

 

Final matçında isə Xorvatiya və İspaniya yəğmaları qarşılaşıb. Əsas və əlavə vaxtında qol vurulmayan (0:0) matçın penaltilər seriyasında sevinən tərəf ispanlar olub - 4:5.

 

Üçüncü yer uğrunda görüş

17:00. Niderland 2:3 İtaliya (yekun) 

 

Final

22:45. Xorvatiya 0:0 İspaniya (yekun)

Pen: 4:5

 

Xatırladaq ki, “Dördlər finalı”nın oyunları Niderlandda keçirilir. Yarımfinalda Xorvatiya meydan sahiblərini, ispanlar isə İtaliyanı məğlub edib.


Digər xəbərlər

Xəbər xətti