Millimiz Avropa Kubokunun seçmə mərhələsində yarımfinala yüksəlib

21:23 17 İyun 2023

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol üzrə milli komandası Avropa Kubokunun seçmə mərhələsində yarımfinala yüksəlib.

 

Sportarena.az xəbər verir ki, yığma Kiprin Limassol şəhərində keçirilən yarışın qrup mərhələsinin son oyununda İrlandiyanı üstələyib.

 

Rəqibini 16:10 hesabı ilə məğlub edən qadınlar iyunun 18-də yarımfinal matçına çıxacaqlar.

 

Kişilərdən ibarət Azərbaycan millisi isə qrupdakı ikinci qarşılaşmasında yerli Kipr seçməsinə 11:22 hesabı ilə uduzub. Yığma qrupda sonuncu oyununu iyunun 18-də keçirəcək. Bakı vaxtı ilə saat 12:15-də start götürəcək görüşdə rəqib Lüksemburq olacaq.


Digər xəbərlər

Xəbər xətti