Böyük Dəbilqə: Azərbaycanın 4 cüdoçusu bu gün mübarizə aparacaq

09:34 17 İyun 2023

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

 

Sportarena.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın 4 cüdoçusu iki çəki dərəcəsində mübarizə aparacaq.

 

Onların hər biri 1/16 finaldan yarışa qoşulacaq.

 

73 kq çəkidə Telman Vəliyev Baham adalarından olan Andrev Manninqslə, Rəşid Məmmədəliyev isə Türkmənistan idmançısı Parahat Nazarovla üz-üzə gələcək.

 

81 kq çəkidə Zelim Tçkayevin ilk rəqibi bəhreynli Askerbiy Qerbekov olacaq. Həmin çəki dərəcəsində yer alan Məhərrəm İmamverdiyev isə almaniyalı Tim Qramkovla münasibətlərinə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan millisinin heyətində yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti