“Kəpəz” toplanışa Gəncədə başlayacaq

17:27 14 İyun 2023

“Kəpəz” yeni mövsümün hazırlıqların iyunun sonunda başlayacaq. Gəncəlilər ayın24-25-dən etibarən doğma şəhərdə bir araya gəlib toplanış keçirməyi planlaşdırır.

 

Sportarena.az xəbər verir ki, həmin vaxtadək ilk iş məşqçilər korpusunu tam müəyyənləşdirmək olacaq. Baş məşqçi Azər Məmmədovun təqdimatı olsa da, ona kimin yardım edəcəyi dəqiqləşməyib. Düzdür, bəzi adlar var, lakin hələ yekun qərar verilməyib.

 

Klubda heyətin gücləndirilməsi üçün də iş başlayıb. Komandanın əksər aparıcı üzvləri “Kəpəz”i tərk edib. Məmmədov faktiki yeni heyət yığmalıdır. Baş məşqçisi namizədlərin seçiminə start verib. Hazırda həm yerli, həm də əcnəbi oyunçularla danışıqlar gedir.


Digər xəbərlər

Xəbər xətti