Dünya Kuboku: Pauerliftinqlərimizdən uğurlu çıxış

22:35 13 İyun 2023

Pauerliftinqlərimiz Dünya Kubokunda inamlı çıxış ediblər.

 

Sportarena.az xəbər verir ki, "Dəmir Yumruq pauerliftinq team" komandamızın kapitanı Ramil Əhmədov çıxış etdiyi təchizatsız pauerliftinq növündə 110 kq çəki dərəcəsində 11 rəqib arasında ikinci, həmçinin 120 iştiraksçı arasında üçüncü ən yaxşı nəticəni əldə edib. Ramil Əhmədov dünya rekordunu da təzələyib.

 

Komandamızın digər üzvləri Vüsal Ağalarov 110 kq bint pauerliftinq növündə ikinci, gənc idmançılarımızdan Nicat Əsgərov deadlift növündə 60 kq çəki dərəcəsində birinci, İlkin Namazov 125 kq deadlift və benç-press növlərində birinci yerə sahib olub. Famil Məhərrəmov təchizatda benç-press növündə qızıl medalın sahibi olub.

 

Qeyd edək ki, komandamız Vüqar Namazovun rəhbərliyi altında çıxış edib



Digər xəbərlər

Xəbər xətti