Türkiyə kubokunun qalibi "Fənərbaxça" oldu - VİDEO

09:34 12 İyun 2023

Türkiyə kubokunda 2022/23 mövsümünə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, final oyununda “Fənərbaxça” ilə “Başakşəhər” komandaları üz-üzə gəliblər.

 

Rəqibini 2 cavabsız qolla məğlub edən “Fənərbaxça” 10 il sonra ölkə kubokuna sahib çıxıb. Sonuncu dəfə 2013-cü ildə bu uğura imza atmış komanda bütövlükdə 7-ci dəfə Türkiyə kubokunu qazanıb.

 

Türkiyə kubokunu ən çox qazanan komanda “Qalatasaray”dır – 18 dəfə. “Beşiktaş” 10, “Trabzonspor” 9 dəfə bu uğura imza atıb.

 

Türkiyə kuboku

Final

11 iyun

Fənərbaxça – Başakşəhər 2:0

Qol: Batşuayi, 1; 29.


Digər xəbərlər

Xəbər xətti