“Beşiktaş”ın prezidenti: “O, klubumuza qayıtmayacaq!”

23:50 10 İyun 2023

“Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi yarımmüdafiəçi Dele Alli haqda danışıb.

 

Sportarena.az “beIN Sports”-a istinadən xəbər verir ki, o, ingiltərəli futbolçudən istədikləri performansı ala bilmədiklərini söyləyib:

“Alli bizə qoşulanda çox həyəcanlanmışdıq. O, klubumuza qayıtmayacaq! Ondan gözlədiyimiz performansı ala bilmədik. Ümid edirəm ki, o, daha da inkişaf edəcək”.

 

Alli 2022-ci ildə İstanbul təmsilçisinə keçmişdi. O, “Beşiktaş”ın heyətində ümumilikdə 15 oyuna çıxıb və üç qol vurub.


Digər xəbərlər

Xəbər xətti