Şəhriyar Məmmədyarov "Norway Chess" turnirini 7-ci pillədə başa vurub

09:34 10 İyun 2023

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, 38 yaşlı qrossmeyster sonuncu - IX turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gəlib. Görüş 36-cı gedişdə heç-heçə ilə yekunlaşdığından armageddon oynanılıb. Burada daha dəqiq oynayan Giri Azərbaycan təmsilçisini məğlub edib.

 

Beləliklə, Şəhriyar Məmmədyarov turniri 11 xalla 7-ci pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti