Çalımbay "Sivasspor"dan ayrıldı

13:30 9 İyun 2023

Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rıza Çalımbay komandadan ayrılıb.

 

Sportarena.az xəbər verir ki, o, bu qərarını Superliqanın 2022/23 mövsümünün sonuncu – 38-ci turunda “Kayserispor”la ev oyunundan (1:1) sonrakı mətbuat konfransında açıqlayıb.

 

60 yaşlı mütəxəssin klubla başa çatan müqaviləsini yeniləməyib.

 

Qeyd edək ki, Çalımbay 2010-2013-cü illər aralığında da “Sivasspor”u çalışdırıb. "Sivasspor" ötən mövsüm Çalımbayın rəhbərliyi altında tarixində ilk dəfə Türkiyə kubokunun qalibi olub.


Digər xəbərlər

Xəbər xətti