"Qalatasaray" Qomislə yolları ayırdı

21:22 8 İyun 2023

"Qalatasaray" futbolçusu Bafetimbi Qomislə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı hücumçunun müqaviləsi yenilənməyib.

 

Qeyd edək ki, Qomis 2022-ci ilin fevral ayından İstanbul təmsilçisində oynayırdı. Fransalı forvard həmin vaxtdan etibarən keçirdiyi 28 matçda 10 qol vurub və 3 qolun ötürməsini verib. O, 2017-2018-ci illərdə də bu komandada oynayıb. 


Digər xəbərlər

Xəbər xətti