"Norway Chess": Şəhriyar Məmmədyarov Karlsenlə qarşılaşacaq

10:54 8 İyun 2023

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, 38 yaşlı qrossmeyster VIII turda yerli iti zəka sahibi Maqnus Karlsenlə üz-üzə gələcək.

 

Məmmədyarov VII turda armageddonda ABŞ təmsilçisi Hikaru Nakamuraya yenilib. O, hazırda 9 xalla 8-ci pillədə qərarlaşıb. Nakamura isə 12,5 xalla ikinci sıradadır.

 

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.


Digər xəbərlər

Xəbər xətti