"Qəbələ"nin lider futbolçularından biri klubdan ayrıldı

12:20 7 İyun 2023

“Qəbələ” futbolçusu Ramon Maçado ilə yolları ayırıb. 

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.

 

2022-ci ilin yayından “qırmızı-qara” forma geyinən 31 yaşlı hücumçunun müqavilə müddəti başa çatıb. 

 

Braziliyalı legioner ötən mövsümdə “Qəbələ”nin heyətində keçirdiyi 37 oyunda 10 qol vurub. Maçado Premyer Liqadakı 32 matçda 8, Azərbaycan kubokunun 5 qarşılaşmasında 2 dəfə rəqib qapılarına yol tapıb. Cənubi amerikalı futbolçu “qırmızı-qara” forma ilə Azərbaycan kubokunun qalibi adını qazanıb.

 

“Qəbələ” İdman Klubu Ramon Maçadoya “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

 

Qeyd edək ki, daha əvvəl "Qəbələ" Məqsəd İsayevlə də yolları ayırdığını açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti