“Napoli” özünə yeni baş məşqçi tapıb

16:21 23 May 2023

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini komandanı tərk edərək, İtaliyanın başqa klubuna keçə bilər.

 

Sportarena.az “Tutonapoli”-yə istinadən xəbər verir ki, “Napoli” rəhbərliyi mövsümün sonunda komandanı tərk etmək ehtimalı yüksək olan Luçano Spalettidən sonra “sükan”ı Qasperiniyə tapşırmağı düşünür. Spalettinin klubun sahibi Aurelio De Laurentislə münaqişə yaşadığı bildirilirdi.

 

Məlumata görə, De Laurentis artıq Qasperiniyə mövsümlük 4 milyon avro maaşla iki illik müqavilə təklif edib.

 

Qasperini 2016-cı ildən “Atalanta”nı çalışdırır və bu müddət ərzində komandanı üç dəfə A Seriyasında üçüncü yerə, iki dəfə İtaliya kubokunun finalına çıxarıb.

 

Spaletti 2021-ci ildən “Napoli”ni çalışdırır. Onun rəhbərlik etdiyi komanda bu mövsüm 1990-cı ildən sonra ilk dəfə vaxtından əvvəl İtaliya çempionu olub.


Digər xəbərlər

Xəbər xətti