Azərbaycan Basketbol Liqasında final seriyasına start verilir

14:53 20 May 2023

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasına start veriləcək.

 

Sportarena.az xəbər verir ki, həlledici oyunda "Sabah" və "Gəncə" komandaları üz-üzə gələcəklər.

 

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək ilk final matçı saat 19:30-da başlayacaq.

 

Seriyanın növbəti görüşləri mayın 22-si, və 24-də gerçəkləşəcək. Reqlamentə əsasən, super seriyada ən tez üç qələbə qazanan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

 

Qeyd edək ki, çempionatın bürünc medallarına "AAAF Xırdalan"ı məğlub edən NTD komandası sahib çıxıb.


Digər xəbərlər

Xəbər xətti