Mbappe PSJ-də qalmasına peşman olub

23:26 16 May 2023

Kilian Mbappe PSJ-də qalmasına peşmandır. Xəyanətə uğradığını düşünür və yenidən şans düşəcəyi təqdirdə “Realın növbəti təklifini rədd etməyəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə “The Athletic”in jurnalisti yazıb: “Mbappenin əsas peşmanlığı klubun vəd etdiyi layihəni reallaşdırmasıdır. Parislilər sıradan klub kimi yoluna davam edir, böyümür. Bu səbəbdən Kilian aldadıldığını düşünür. O, yayda son anda “Real”a “yox” deməyin peşmançılığını yaşayır”.

 

Fransalı hazırda PSJ-də başverənlərdən də narazıdır. O, klubun müqaviləni uzatmaqla bağlı yeni təklifini hətta müzakirə etmək istəmir. Arzusu bir an öncə parisliləri tərk edib Madridə yollanmaqdır. Lakin “Real” futbolçunun ötən yay etdiklərini unutmayıb.


Digər xəbərlər

Xəbər xətti