İtaliya klubu onun transfer hüquqlarını da aldı

17:45 16 May 2023

İtaliyanın “Cenoa” klubu bu mövsümün əvvəlində Marsel “Olimpik”indən icarəyə götürdüyü Kevin Strotmanı heyətində saxlamağa qərar verib.

 

Sportarena.az xəbər verir ki, Niderland millisinin sabiq üzvü Fransa klubu ilə sözləşməsinə xitam verib.

 

Fransa klubu onu “Cenoa”ya pulsuz buraxmağa razılaşıb. Təcrübəli oyunçunun Genuya təmsilçisi ilə müqaviləsinin müddəti açıqlanmır.

 

Strotman 2022-ci ilin yayından “Cenoa”da çıxış edir. O, 2021-ci ildə də bu klubun uğurları üçün çalışıb. Yarımmüdafiəçi bu mövsüm 30 oyuna çıxıb, 2 qola imza atıb. O, daha öncə Marsel “Olimpik”indən başqa “Roma”, PSV, “Sparta” (Rotterdam), “Utrext” və “Kalyari” kimi klubların da formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti