PSJ Messinin yerinə onu transfer edəcək

20:55 15 May 2023

PSJ mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Lionel Messiyə əvəzləyici tapıb.

 

Sportarena.az xəbər verir ki, Paris təmsilçisinin əsas hədəfi "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silvadır. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb. PSJ 28 yaşlı vinger üçün yayda İngiltərə klubu ilə danışıqlara start verəcək.

 

Qeyd edək ki, "Mançester Siti" Bernardo Silvanı 2017-ci ilin yayında "Monako"dan transfer edib. Portuqaliya millisinin üzvü cari mövsümdə "şəhərlilər"in heyətində meydana çıxdığı 51 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.


Digər xəbərlər

Xəbər xətti