"Marsel" azarkeşləri telefonu oğurlanan gənc fanat üçün pul toplayıblar

19:49 15 May 2023

Fransanın "Marsel" klubunun azarkeşləri "Anje" ilə "Velodrom" stadionunda keçirilmiş oyun (3:1) oyun zamanı mobil telefonu oğurlanan gənc fanat üçün pul yığıblar.

 

Sportarena.az RMC-yə istinadən xəbər verir ki, tərəfdarlar zərərçəkmişə yeni telefon hədiyyə edəcəklər.

 

İddiaya görə, bunun üçün kifayət qədər böyük məbləğ toplanıb. Bildirilib ki, həmin pula 2-3 telefon almaq olar.

 

Qeyd edək ki, "Marsel" 35 turdan sonra 73 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti