Stefano Pioli: "Startda iki qol buraxdıqdan sonra toparlanmaq çətin olur"

13:27 11 May 2023

“Milan”ın baş məşqçisi Stefano Pioli “İnter”ə məğlubiyyəti matça pis start vermələri ilə əlaqəlndirib. O, Çempionlar Liqasının ilk yarımfinal matçındakı 0:2 hesablı ev yenilgisi ilə şanslarının azaldığını etiraf edib.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis oyunu belə dəyərləndirib:

“İlk hissədə rəqib daha yaxşı oynadı və ardıcıl iki qol vurdu. Fasilədən sonra üstünlüyü ələ keçirsək də, bu, hesabda əksini tapmadı. “İnter” çox pressinq etdi, təzyiq göstərdi, bizdən aqressiv idilər. Hədəfimiz kompakt oynamaq idi, lakin bu, alınmadı”.

 

Pioli komandasının hər top uğrunda mübarizədə geridə qaldığını etiraf edib:

“Dönən toplarda “İnter” hər zaman daha yaxşı idi, onları toplayıb yeni hücum təşkil edirdilər. Qolları da belə vurdular. Startda iki qol buraxdıqdan sonra toparlanmaq, psixoloji cəhətdən özünə gəlmək çətin olur. Fasilədən sonra oyunu dəyişə bildik. Cavab matçında məhz belə oynamalıyıq”.


Digər xəbərlər

Xəbər xətti