Simone İnzaqi: "Milan"a daha çox qol vura bilərdik"

13:00 11 May 2023

"İnter"in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasınn yarımfinalında "Milan"a qalib gəldikləri (2:0) ilk oyunu şərh edib. 

 

Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis matçın əla keçdiyini deyib: 

“Daha çox qol vura bilərdik. Amma əla matç oldu. Artıq bir neçə raund keçmişik, bilirik ki, irəlidəyik. Qarşıda cavab görüşü var. Azarkeşlərimiz bizimlə olacaq. Biz bilirik ki, arzumuzu reallaşdırmaq üçün hələ çox səy göstərməliyik.

Oyunçularımız şüurlu oynadılar, meydanın hər qarışını nəzarətdə saxladılar. Hal-hazırda xoşbəxt olmaq üçün kifayət qədər səbəbimiz var. 

72 saat sonra A seriyasında "Sassuolo" ilə çox vacib matçımız var, fiziki və əqli cəhətdən yaxşılaşmalıyıq. Bu oyunlar çox böyük enerji tələb edir. İndi biz futbolçuların vəziyyətini dəyərləndirməliyik. Bəzi oyunçular meydanı ağrılarla tərk etdilər".

 

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması mayın 16-da olacaq.


Digər xəbərlər

Xəbər xətti