PSJ “Kristal Pelas”ın vingerini istəyir

15:05 10 May 2023

PSJ yayda heyətini gücləndirmək üçün daha bir futbolçuya maraq göstərməyə başlayıb. Parislilərin hədəfi “Kristal Pelas”ın vingeri Maykl Olisedir. 21 yaşlı fransalı tezliklə vətəninə dönə bilər.

 

Sportarena.az xəbər verir ki, “Ridinq” yetirməsi olan futbolçu 2 il öncə 9,3 milyon avro müqabilində “Kristal Pelas”a keçib. İndi isə PSJ bu istedadı sıralarına qatmaq istəyir. Mövsüm bitən kimi Neymarı satacağını dəqiqləşdirən klub onun yerini gənc hücumçu ilə doldurmaq niyyətindədir.

 

Ümumiyyətlə, PSJ yayda mərkəz müdafiəçisi, yarımüdafiəçi, iki vinger və hücumçu transferini planlaşdırır. Heyətdən ayrılacaq futbolçuların kimliyi dəqiqləşdikdən sonra siyahı yenilənə bilər. Parislilərin əsas istəyi gənc fransalıların üstünlük təşkil etdii heyət formalaşdırmaqdır. Oliseyə maraq da bu istəkdən irəli gəlir.


Digər xəbərlər

Xəbər xətti