Messinin atasından transfer açıqlaması

19:51 9 May 2023

Səudiyyə Ərəbistanının "Əl Hilal" klubuna keçəcəyi deyilən Lionel Messinin atası Jorje Messi açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, sosial şəbəkə hesabında etdiyi paylaşımda oğlunun heç bir klubla razılıq əldə etmədiyini bildirib:

"Növbəti mövsüm üçün heç bir klubla anlaşmamışıq. Lionel Messi PSJ ilə mövsümü bitirmədən heç bir qərar verməyəcək. Mövsüm başa çatdıqdan sonra vəziyyəti dəyərləndirib qərar verəcəyik. Şayiələr hər zaman olur. Bəzi jurnalistlər məşhur olmaq üçün Messinin adından istifadə edirlər. Əminliklə deyirəm ki, heç kimlə razılıq əldə etməmişik. Nə sözlü, nə də imzalı anlaşma mövsümün sonuna kimi olmayacaq".


Digər xəbərlər

Xəbər xətti