Lionel Messi bir ildə iki “Laureus” mükafatı qazanan ilk futbolçu olub

17:20 9 May 2023

Lionel Messi bir ildə iki “Laureus” mükafatı qazanan ilk futbolçu olub.

 

Sportarena.az xəbər verir ki, 36 yaşlı hücumçu “Laureus World Sports Awards” tərəfindən dünyada 2023-cü ilin idmançısı adına layiq görülüb.

 

Fransanın PSJ klubunun üzvünün kapitanı olduğu Argentina millisi isə ilin ən yaxşı komandası seçilib. Buna qədər heç bir futbolçu bir il ərzində hər iki kateqoriyada ən yaxşı seçilməmişdi.

 

Qeyd edək ki, “Laureus” idmançılara il ərzində qazandıqları nailiyyətlərə görə təqdim olunur. Bu mükafat 1999-cu ildə bir neçə beynəlxalq fond tərəfindən təsis edilib.


Digər xəbərlər

Xəbər xətti