"Nant" baş məşqçisini istefaya göndərdi

15:28 9 May 2023

"Nant" baş məşqçisi Antuan Komboireni istefaya göndərib.

 

Sportarena.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Fransa klubu rəsmi olaraq açıqlama verəcək.

 

“Nant” son 11 oyundur ki, Fransa çempionatında qalib gələ bilmir. Komanda Liqa 1-in turnir cədvəlində 17-ci yerdədir.

 

59 yaşlı Komboire 2021-ci ilin fevralından "Nant"ı çalışdırırdı.


Digər xəbərlər

Xəbər xətti