Liqa 1 klubunun prezidenti istefa verdi

18:21 8 May 2023

Fransanın “Olimpik” (Lion) klubunun prezidenti Jan-Mişel Olas istefa verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

 

Bildirilib ki, klubu idarə edən “OL Groupe” şirkəti Olasın direktorlar şurasındakı və klubdakı səlahiyyətlərinə xitam verib. Lion klubunda bu vəzifəni müvəqqəti olaraq klubun yeni sahibi Con Tekstor icra edəcək.

 

Jan-Mişe Olas bundan sonra “Olimpik”in fəxri prezidenti adını alacaq.

 

Xatırladaq ki, Olas 1987-ci ildən bəri Lion klubuna rəhbərlik edirdi.


Digər xəbərlər

Xəbər xətti