Mourinyonun PSJ və "Real" istəyi

15:03 8 May 2023

PSJ "Roma"nın baş məşqçisi Mourinyo ilə danışıqlar aparır.

 

Sportarena.az xəbər veri ki, bu barədə "RMC Sport" məlumat yayıb. Paris təmsilçisinin idman müşaviri Luis Kampos bu yay müqavilə imzalamaq barədə məsələləri məşqçinin agenti Xorxe Mendeş ilə müzakirə edib. Danışıqlar qabaqcıl mərhələdədir.

 

Mourinyo özü başa düşür ki, "Roma"da daha ciddi uğur əldə etmək çətin olacaq. O, İtaliya klubunu bir neçə komanda, o cümlədən PSJ və "Real" üçün tərk etməyə hazırdır .

 

60 yaşlı portuqaliyalı Kamposun sevimlisidir, onlar bir-birini çoxdan tanıyırlar. Eyni zamanda, bu yaxınlarda öz aralarında Tiaqo Motta və Yulian Nagelsmannın təyinatını müzakirə edən PSJ-nin Qətər sahiblərinin bu namizəd haqqında nə düşündükləri hələ aydın deyil.


Digər xəbərlər

Xəbər xətti