“Fənərbaxça”dan inamlı qələbə - VİDEO

09:17 30 Aprel 2023

Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.

 

“Ankaragücü” – “Kasımpaşa” matçında qapılara qol vurulmayıb. “Fatih Karagümrük” evdə “Antalyaspor”a uduzub. Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” doğma meydanda son çempion “Trabzonspor” üzərində əzmkar qələbəyə sevinib.

 

Çempionluq uğrunda mübarizə aparan “Fənərbaxça” isə səfərdə “Sivasspor”u məğlub edib.

 

Türkiyə Super Liqası

32-ci tur

29 aprel

Fatih Karagümrük – Antalyaspor 0:1

Qol: D.Sinik, 21.

 

Ankaragücü – Kasımpaşa 0:0

 

Konyaspor – Trabzonspor 2:1

Qol: Pozuelo, 37. S.Dikmen, 85 – Hamşik, 12.

 

Sivasspor – Fənərbaxça 1:3

Qol: Kaysedo, 76 – Rossi, 22. F.Kadioğlu, 45+1; 45+10.


Digər xəbərlər

Xəbər xətti