Emreli oynadı, "Konyaspor" "Trabzonspor"a qalib gəldi - VİDEO

21:26 29 Aprel 2023

Türkiyə Superliqasında 32-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” evdə “Trabzonspor”la qarşılaşıb.Matç Konya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Emreli 46-cı dəqiqədə meydana daxil olub və 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

 

Qeyd edək ki, "Konyaspor" 45 xalla 6-cı pillədədir.

 

 


Digər xəbərlər

Xəbər xətti