Derbi öncəsi "Beşiktaş"da şok itkilər

21:42 28 Aprel 2023

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Omar Kolli bu gün baş tutan məşqdə zədələnib. Qambiyalı futbolçu komanda yoldaşı ilə toqquşub. 30 yaşlı oyunçu "Qalatasaray"la matçda oynamayacaq.

 

"Beşiktaş"ın digər mərkəz müdafiəçisi Romen Sais də zədə səbəbindən İstanbul derbisində iştirak etməyəcək.

 

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" qarşılaşması 30 aprel tarixində Bakı vaxtilə saat 21:00-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti