Türkiyə KİV: "Mahir "Trabzonspor"la matçda əsas heyətdə olacaq"

16:51 27 Aprel 2023

"Konyaspor"un sağ cinah futbolçusu Mahir Emrelinin "Trabzonspor"la matçda start heyətdə meydana çıxa bilər. 

 

Sportarena.az xəbər verir ki, bu barədə Konyada nəşr olunan "Hakimiyyet" qəzetində dərc olunan yazıda bildirilir.

 

Yazıda qeyd edilir ki, "Adana Demirspor"la matçda ilk qolunu vuran azərbaycanlı hücumçunun "Kasımpaşa" ilə görüşdə əsas heyətdə çıxış edəcəyi gözlənilirdi. "Amma baş məşqçi Aleksandar Stanoyeviç Dioufla oyun uyğunluğu üst-üstə düşən Muriçi start heyətdə meydana buraxdı. Həmin görüşdə Muriçin zədələnərək meydanı tərk etməsi səbəbindən Mahir oyuna daxil oldu. Sağ cinahda çıxış edən digər futbolçu Kondrad Mixalax 2 ay sonra təzədən heyətə qayıtmasına rəğmən Stanoyeviçin "Trabzonspor"la görüşdə daha hazırlıqlı olan Emreliyə şans verəcəyi gözlənilir" - deyə yazıda bildirilib.

 

Qeyd edək ki, aprelin 29-u keçiriləcək Türkiyə superliqasının 30-cu turunun "Konyaspor" - "Trabzonspor" görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti