Mahir Emreli iclasa gecikdiyi üçün cəzalandırılıb

22:18 26 Aprel 2023

Mahir Emreli yenə öz ampluasındadır. Milli komandamızın üzvü növbəti dəfə intizamsızlıq edib.

 

Sportarena.az "Futbolinfo.az"a istinadən xəbər verir ki, “Legiya”da da oxşar hərəkətlər edən, əla təsir bağışladığı Polşa təmsilçisindən məhz meydandankənar olaylara görə ayrılan Mahir bu dəfə Türkiyədə olay çıxarıb. O, qışda icarəyə getdiyi “Konyaspor”un son oyundan öncəki iclasına gecikdiyi üçün cəzalandırılıb. Baş məşqçi Aleksandar Stanoyeviç “Kasımpaşa” ilə səfər görüşündə start heyətdə meydana buraxmaq istədiyi həmyerlimizi bu hərəkətinə görə ehtiyata “atıb”.

 

Emreli aprelin 19-da keçirilən ev matçının 40-cı dəqiqəsndə “Adana Dəmirspor”a ilk qolunu vurmuş, matçı yaxşı keçirmişdi. Bu səbəbdən onun “Kasımpaşa”ya qarşı növbəti matçda əsas “11-lik”də olacağı şübhə doğurmurdu. Lakin yatıb qalması və iclasa gecikməsi ehtiyat oyunçular skamyasına göndərilməsinə səbəb olub.

 

Mahir “Kasımpaşa” ilə matçın 39-cu dəqiqəsində zədələnən komanda yoldaşını əvəz etdi və “Konyaspor” 2:1 hesabı ilə qələbə qazandı. Lakin bu uğurda onun xüsusi xidməti olmadı. Kiçik uğur qazanan kimi başı gicəllənən hücumçu intizamsızlığa davam etsə, onun Türkiyə Superliqasında qalmaq ehtimalı çox azdır.


Digər xəbərlər

Xəbər xətti